İRAN SU BULANDIRIR - İsrail-Azərbaycan dostluğu hədəfdə

6-10-2020, 01:14           
İRAN SU BULANDIRIR -
İsrail Qarabağ böhranından İranla Türkiyə arasında gərginlik yaratmaq məqsədilə istifadə etməyə cəhd göstərir.

Bu fikri Tehran Universitetinin dünya tədqiqatı fakültəsinin professoru Hadi Bürhani səsləndirib. Bu barədə xəbəri oktyabrın 5-də İranın «İRNA» dövlət informasiya agentliyi yayıb.

«İsrail Dağlıq Qarabağ məsələsində nə Azərbaycanın, nə də Ermənistanın qayğısına qalmır. İsraildə bu bulanlıq suda necə balıq tutmağı fikirləşirlər. Mənim fikrimcə, İsrailin hədəflərindn biri Qarabağ böhranından istifadə edib İran-Türkiyə münasibətlərində gərginlik yaratmaqdan ibarətdir» - deyə, Bürhani «fala baxıb».

Bu arada Dağlıq Qrabağda davam edən silahlı münaqişədə İsrailin fəal iştirakı bir sıra ekspertlər tərəfindən qeyd olunur. Göründüyü kimi, sözügedən münqişədə İsrailin Azərbaycana yaxından dəstək verməsi fars-molla rejimini bərk narahat edir. Yayılan xəbərlərə görə, İsrail hərbçiləri və xarici kəşfiyyat əməkdaşları bu günlər Azərbaycan tərəfinin hərbi təyinatlı məhsullarla fasiləsiz təminatı məsələsinə cəlb olunublar. Bu da Ermənistan tərəfinin Təl-Əvivdəki səfirinin «məsləhətləşmələr» üçün geri çağrılmasına səbəb olub.

Guya, bununla Netenyahunun «ayaqları yorğandan çıxacaq».

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.