“Euronews” erməni vəhşiliyini dünyaya yaydı - Video

7-10-2020, 00:04           
“Euronews” erməni vəhşiliyini dünyaya yaydı - Video
Dünyaca məşhur “Euronews” telekanalı ermənilərin Azərbaycanın mülki şəxslərini hədəfə almasını nümayiş etdirib.

Yenisabah.az xəbər verir ki, kanalın ölkəmizə ezam olunmuş əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş Tərtər şəhərində olub, zərər çəkmiş mülki obyektlərdə çəkiliş aparıblar. Yerli əhalidən hadisələrin baş verməsi ilə bağlı məlumat alıblar.

Sujetdə Tərtər son günlərdə ermənilər tərəfindən ən çox bombardmanın hədəfinə çevrilən Azərbaycan şəhəri olduğu bildirilir.

Qeyd edək ki, telekanal Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin də hücuma məruz qaldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru