Elçin Sadıqovla bağlı qərar verildi

7-10-2020, 00:04           
Elçin Sadıqovla bağlı qərar verildi
Tanınmış vəkil Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti bərpa olunub.

KONKRET.az xəbər verir ki, bu barədə E.Sadıqovun özü məlumat verib.

Bildirib ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşüb. Kollegiya sədri ona bildirib ki, fərdi vəkillik fəaliyyətilə bağlı məsələyə baxılıb və müsbət həll olunub.

“Mənim müraciətimi müsbət dəyərləndirdiyinə görə prezident İlham Əliyevə, fərdi fəaliyyətimin davam etdirilməsi barədə qərarına görə Anar Bağırova, həmçinin bu işdə mənə dəstək olan hər kəsə, xüsusilə də Avropa Birliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinə, beynəlxalq təşkilatlara və insan hüquqlarına dəyər verən ölkələrin səfirliklərinə öz dərin təşəkkürümü bildirirəm. Allah ordumuzu daim müzəffər etsin!”, E.Sadıqov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru