Nikolun müşaviri Qarabağla bağlı şok etiraf etdi, efir kəsildi – VİDEO

6-10-2020, 23:40           
Nikolun müşaviri Qarabağla bağlı şok etiraf etdi, efir kəsildi – VİDEO
Ermənistan baş nazirinin müşaviri Vaqarşak Arutyunyan İrəvanın məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini atəşə tutduğunu rəsmən etiraf edib.

Turkustan.info xəbər verir ki, Arutyunyan bunu “Rossiya-1” telekanalındakı “Vesti” verilişində deyib.

O deyib ki, hazırda Ermənistan ordusu xüsusi taktika ilə hərəkət edir:

“Biz daha sonra dinc əhalinin yaşadığı məntəqələrə zərbələr endiririk ki, orda panika və çaxnaşma yaradaq”.

Arutyunyanın bu sözlərindən dərhal sonra Rusiya kanalı efirə reklam buraxıb və onun bunun ardınca dediyi sözləri efirdən yığışdırıb.

Görünür, “Rossiya-1” telekanalının jurnalistləri verilişi efirə verərkən Paşinyanın müşavirinin əslində dəhşətli cinayətləri etiraf etdiyini başa düşüblər.



/Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru