Paşinyan Rusiyanı onlara satıb, ona görə də Putin Qarabağda... - Mütəxəssisdən ŞOK AÇIQLAMA

7-10-2020, 10:34           
Paşinyan Rusiyanı onlara satıb, ona görə də Putin Qarabağda... - Mütəxəssisdən ŞOK AÇIQLAMA
Rusiya Ermənistana Dağlıq Qarabağda dəstək verməyəcək.

Publika.az xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan əsgəri və strategiya mütəxəssisi Yusif Alabarda deyib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini bölüşən mütəxəssis Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi səhvlər buraxdığını deyib: “Rusiyanın dəstək verəcəyini zənn etmirəm. Paşinyan İbn Haldundan bixəbər olduğu üçün “coğrafiya taledir” sözünü də bilmir. Gedib Fransadakı və ABŞ-dakı diaspor Rusiyanı satıb”.

Y.Alabarda Paşinyan haqqında bunları qeyd edib: “Sən Vladimir Putinlə olan münasibətlərini bir küncə qoydun. Özünü Emmanuel Makrona satdın. Putin zənglərinə cavab vermir. Üstəlik, açmamaqla yanaşı, bir də lağlağı edir. Putin “gəl indi hesab dəftərini açaq” deyir. Böyük ehtimal, Paşinyan hakimiyyətdən getmədən Rusiya dəstək verməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru