Avropa Birliyi: “Azərbaycanın irəli sürdüyü şərti yerinə yetirmək çətindir”

8-10-2020, 00:20           
Avropa Birliyi: “Azərbaycanın irəli sürdüyü şərti yerinə yetirmək çətindir”
“Ermənistan öz ordusunu Qarabağdan geri çəkmək üçün konkret cədvəl təqdim etməlidir”

“Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Ermənistanla danışıqları bərpa etmək üçün Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək çətindir”.

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə yüksək səlahiyyətli nümayəndəsi Josep Borrell Avropa Parlamentində çıxışı zamanı belə söyləyib.

“Azərbaycanın xarici işlər naziri ilə söhbətimdə deyilənlər məni çox narahat edir. O, mənə dedi ki, Ermənistan öz ordusunu Qarabağdan geri çəkmək üçün konkret cədvəl təqdim etməlidir. Bu şərt yerinə yetirilənə qədər döyüşlər davam edəcək. Danışıqların bərpası üçün bu şərt yerinə yetirmək çox çətindir və hər gün vəziyyət daha da pisləşir ”, - deyə cənab Borrell qeyd edib.

“RİA Novosti” xəbər verir ki, Josep Borrell "Türkiyənin Bakını tam dəstəkləməsi" ilə bağlı son dərəcə narahat olduğunu da dilə gətirib.
Rusiyanın “vz.ru/news” saytı xatırladır ki, çərşənbə axşamı Azərbaycan Ermənistanı ona məxsus neft kəmərinə raket zərbəsi endirməkdə ittiham edib. Azərbaycan "həmin neft kəmərinin Avropanın enerji təhlükəsizliyində xüsusi yer tutduğunu, bölgədəki ən böyük strateji layihə olduğunu" vurğulayıb.

Həmin gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın cənubunda genişmiqyaslı hücuma keçməsi barədə xəbər yayıb.

Elbəyi Həsənli, Sürix

https://vz.ru/news/2020/10/7/1064130.html












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru