"Savaş ölüncə deyil, düşmənə bənzəyincə uduzulur!"

8-10-2020, 08:04           
"Savaş ölüncə deyil, düşmənə bənzəyincə uduzulur!"
Bir az da soyuqbaşla, ağılla və ədalətli şəkildə hərəkət edək ki, sonra peşmançılıq çəkməyək:
1. Azərbaycan ordusunun problemi zəbt olunan ərazilərdə yaşıyan sivil xalqla deyil, terorçu hərbi birləşmələrlədir. "Xalqı asın, kəsin öldürün" kimi pafoslu çıxışlardan uzaq durmaq lazımdır. Ordakı mülki insanlar Azərbaycan vətəndaşlarıdır, onlara sahib çıxmaq lazımdır, onları terrorçuların əlindən xilas etmək lazımdır. Kimsə hərbi forma geyinib filan, bunlar mənasız işlərdir. O qadının zatən Azərbaycan əsgəri evinə gələndə də əynində hərbi forma var idi, diqqətlə baxsanız görərsiniz. Konflikt olan zonalarda əhali çox vaxt hərbi geyimləri gündəlik geyim kimi istifadə edir. Aqressiyanızı, kininizi başa düşürəm amma bu problemi dərinləşdirir, həll etmir. Problemin həlli yolu, əlinə silah alıb vuruşan terrorçuları ərazidən təmizləyib, sivil insanları isə orda yaşatmaqdan keçir ki, dövlət də bunu edir, etməlidir.
Teref.az yazır ki, bu sözləri Həbib Müntəzir deyir. Daha sonra Həbib Müntəzir yazır:
2. Ordunun əsir alınan, yaxud döyüş zamanı öldürülən, yaralanan hərbçilərinə qarşı törədilən istənilən iyrənclik və qeyri-insani hərəkət hərbi cinayətdir, vəhşilikdir, beynəlxalq konvensiyalara ziddir. Bunu bizim əsgərlərdən gözləmək və istəmək də eyni cür vəhşilikdir. Qətiyyən bu cür hərbi cinayətlərə yol vermək olmaz və edilməməlidir. Bu tip videolar paylaşılmamalıdır, qınanmalıdır.
3. 92-93 illərdə edilən səhvləri təkrarlamaq lazım deyil. Əgər bu gün İran da, Rusiya da bizim tərəfimizdədirsə, yaxud neytral qalırlarsa baş verənlərə, bu müsbət addımdır. Hər fürsətdə onları qaralamaq və barələrində saxta hekayələr uydurmaq yanlışdır. İran ilk başda səhv etdiyini anladı və geri addım atdı. Daha bu məsələni uzadıb, özümüzə yeni cəbhə açmağa dəyməz. Dost və tərəfdaş qazanmaq zamanıdır, düşmən onsuzda yetəri qədərdir.
Serblər boşnaklara qarşı soyqırım etməyinə baxmayaraq, Bosniyanın ilk prezidenti Aliya İzzetbegoviç bu gözəl cümləni qurub: "Savaş ölüncə deyil, düşmənə bənzəyincə uduzulur". Gecə gündüz söyüb, təhqir etdiyiniz, əməllərini pislədiklərinizə bənzəməyin...
Tənqid və iradlarım hələlik bu qədər, davamı da olacaq....
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.