"Burada ölməyin mənası yoxdur!" - Xankəndi BU GÜN...

8-10-2020, 16:30           
"Burada ölməyin mənası yoxdur!" - Xankəndi BU GÜN...
Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan ordusu ilə döyüşmək istəmir. Artıq ermənilər bu barədə təbliğat-təşviqat işinə başlayaraq ön xətdə xidmət edənlərə müraciətlər edərək onları Azərbaycan ordusu ilə döyüşməmək üçün inandırmağa çalışırlar.

Ermənistan hakimiyyətinin yarıtmaz və işğalçı siyasətinin qurbanı olmaq istəməyən ermənilər müharibənin dayandırılmasını və Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edirlər: "Mövqelərdə qalmağın mənası yoxdur! Onlar bizi ətçəkən maşının ağzına atıblar! Burada ölməyin mənası yoxdur!"

Məlum olaya Nikol Paşinyan da çıxışlarının birində işarə edib. O, təsdiq edib ki, işğal altındakı Xankəndi sakini olan bir erməni hərbçi Qarabağın Azərbaycana qaytarılması üçün əsgərlərlə danışıb və bu səbəbdən İrəvanda aşkarlanaraq həbs olunub.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi obyektlərin məhv edilməsi, təmas xəttində Ermənistan ordusuna məxsus hərbi texnika, RƏM sistemləri, silah anbarları və minlərlə canlı qüvvənin məhv edilməsi erməniləri qorxuya salıb və ölməmək üçün hərəkətə gətirib.// baku.ws












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru