Moskvada davam edən danışıqlar uzanır, bu isə o deməkdir ki,......

10-10-2020, 00:47           
Moskvada davam edən danışıqlar uzanır, bu isə o deməkdir ki,......
Moskvada davam edən danışıqlar uzanır, bu isə o deməkdir ki, təmaslar çox ağır gedir. Çox güman, Ermənistan şərtsiz atəşkəs istəyir, Azərbaycan isə işğalçı ordunun ərazilərimizdən çıxış qrafiki tələb edir (bu haqda bir neçə gün öncə yazmışdım, şərhlərdə linki asacam). Rusiyanın isə iki hədəfi var:
1) Paşinyanı dəyişmək,
2) Bölgədə söz sahibinin ancaq Kreml olduğu dünyaya göstərmək. Və maraqlı odur ki, 2 hədəf indi bir-biri ilə ziddiyyət təşkil edir:
1) Atəşkəs olsa Paşinyan qala bilər,
2) Olmasa Paşinyan çox ağır duruma düşür, çox güman gedəcək, amma bu zaman Qərb Moskvanı qabaqlaya bilər, Qərb bizim şərtlərlə (qrafik məsələsi) hansısa Avropa paytaxtında saziş imzalada, Kreml oyundan kənarda qala bilər.
Teref.az yazır ki, bunu ReAl hərəkatının fəalı politoloq Natiq Cəfərli deyir.
Daha sonra Natiq Cəfərli yazır ki, Rusiya üçün daha bir təhlükı odur ki, Ermənistanda ictimai rəyi tam itirir, bundan sonra orada kimisə hakimiyyətə gətirmək çox çətin olacaq.
Bir sözlə, Rusiya özü də çətin duruma düşüb - Bir yandan da Türkiyənin bölgədə artan nüfuzunu qısqanır, bu məsələdən çox narahatdır. Bu gün Azərbaycan bəyan etdi ki, Türkiyə artıq masadadır, bu da ciddi məsələdir.
Bu gün Moskva görüşün nəticəsiz bitməsi də mümkün görünmür, çox güman humanitar səbəbli 24, ya 48 saatlıq atəşkəs elanı ola bilər, amma bu atəşkəs də ən yaxşı halda 2 gün sonra elan ediləcək.
Belə, görək, Azərbaycanın gələcəyi üçün dönüm nöqtəsindəyik - ya bütün gücümüzü toplayıb məsələni indi həll edəcəyik, ya da yenə gələcək nəsillərə yük buraxıb onların da DEMOKRATİK AZƏRBAYCAN qurmaq şansını indidən əllərindən alacağıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.