Pakistanlı generaldan Gəncə olayına reaksiya

12-10-2020, 08:16           
Pakistanlı generaldan Gəncə olayına reaksiya
Ermənistan təkcə Cenevrə Konvensiyasının tələblərini deyil, bütün humanizm prinsiplərini pozur. Bu insanlıqdan kənara çıxmaqdır!

Axar.az xəbər verir ki, bu sözləri Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinin sabiq direktoru (1993-1995), general-leytenant Cavid Əşrəf Qazi Gəncə şəhərinə, mülki əhaliyə qarşı Ermənistanın ballistik raket tətbiq etməsi və çoxsaylı ölən və yaralananlarla bağlı danışarkən deyib.

Generalın sözlərinə görə, Azərbaycan bütün ərazilərini azad etməlidir:

“Ermənistan beynəlxalq hüquqa görə Azərbaycana məxsus olan əraziləri işğal edib. Erməni qoşunları bu torpaqları tərk etməlidir! Pakistan bu məsələdə Azərbaycanı tam dəstəkləyir və hər zaman Azərbaycan xalqının yanında olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru