Dünyaca məşhur model bacılar Kardaşyan bacılarının qarşısına çıxdılar- FOTO

12-10-2020, 10:16           
Dünyaca məşhur model bacılar Kardaşyan bacılarının qarşısına çıxdılar- FOTO
Bir neçə həftədir işğalçı Ermənistanın Azərbaycana qarşı son təxribatları dünya şou-biznesinə də təsirsiz ötüşməyib.

“Qafqazinfo” xəbər verir ki, əslən Ermənistandan olan Amerikanın realiti-şou qəhrəmanı Kim Kardaşyan bacısı Kloe ilə birgə erməni terrorizmini, uşaq ölümlərini dəstəkləyən postlar paylaşıb. Kardaşyanlar həmçinin dünyaca məşhur simalara da müraciət edərək sözügedən “kampaniya”ya qoşulmalarını rica ediblər.

Əvvəlcə model Naomi Kembel, rep ifaçısı Kardi B, Elton Con və başqaları Azərbaycan əleyhinə postlar paylaşsalar da, daha sonra sözügedən statusları siliblər.

Kardaşyanın terroru dəstəkləməsinə dünya ulduzlarından ilk etiraz edən isə əslən Fələstindən olan məşhur Bella və Gigi Hadid bacıları olub.

“Viktoriya Sekret”in modelləri Kardaşyan aqressiyanı təbliğ etdiyi üçün onu instaqramda “unfollow” ediblər.

Bunun əsas səbəblərindən biri də Gigi Hadidin sevgilisi, əslən Pakistandan olan Zeyn Malikin bacısı Saşanın erməni hücumlarına geniş yer verməsi və reallığı göstərməsidir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.