“Qarabağ Azərbaycan torpağıdır” - SEPAH generalı

13-10-2020, 00:54           
“Qarabağ Azərbaycan torpağıdır” -
“Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır”.

APA-nın məlumatına görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.

SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə "Dağlıq Qarabağ" bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir: “Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına, xüsusən də bu bölgədəki şiələrə məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.

General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib:

“Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru