Bakı bu qurğuları məhv etdi: KTMT bilir - Hər şey qanunauyğundur

14-10-2020, 18:49           
 Bakı bu qurğuları məhv etdi: KTMT bilir -
Dinc əhalinin yaşadığı Gəncə şəhərinə zərbələrin endirildiyi atəş nöqtələrinin məhv edilməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov danışıb.

“Üstəlik, Azərbaycan Silahlı Qüvvələri erməni əməliyyat-taktiki raket kompleksləri İsrailin öz sərhədlərinə yaxın fələstinli terrorçuların “Kassam” raketlərini vurduğu kimi vurmur. Azərbaycan Ordusu bu raket komplekslərini Rusiyanın təşəbbüsü ilə elan edilmiş humanitar atəşkəs rejimində Ermənistandan Gəncənin dinc məhəllələrinə zərbələrin endirilməsindən sonra məhv edib”.

Kuznetsov onu da qeyd edib ki, bu cinayət faktı ictimaiyyətə açıqlanıb və Bakıda akkreditə olunmuş diplomatlara təqdim olunub:

“Azərbaycan Ordusu Ermənistanın bu hərbi qurğularını məhv etməli idi. Bu, beynəlxalq humanitar hüquq normalarına tam uyğun şəkildə edilib və əminəm ki, bu addım artıq dünya ictimaiyyəti və Ermənistanın KTMT üzrə müttəfiqləri üçün aydın olub”.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru