Rusiya niyə çıldırdı? – Ermənistanda vurulan raket komplekslərindən ikisi “İskəndər” idi? – ŞOK İDDİA

15-10-2020, 00:00           
Rusiya niyə çıldırdı? –
Azərbaycanın ötən gecə və bu gün səhər ard-arda Ermənistan ərazisindən ölkəmizin mülki obyektlərini hədəfə alan raket komplekslərini vurmasından sonra Moskvanın niyə özündən çıxdığının səbəbi getdikcə aydınlaşır.

Ovqat.com-un Rusiyanın Avia.pro portalına istinadən verdiyi məlumatına görə, vurulan həmin qurğulardan ən azı ikisinin “İskəndər” kompleksi ola biləcəyi ehtimalı var.



Məlumatda deyilir:

“Dünən gecə Azərbaycan Ermənistana sarsıdıcı bir zərbə vurdu, nəticədə taktiki raket sistemləri olan bütün bir bölgə məhv edildi, bunların arasında yalnız Tochka-U raket sistemi deyil, eyni zamanda Rusiyanın son model İskəndər kompleksləri də var”.



Məlumatda o da iddia olunur ki, Ermənistanda mövcud olan 4 “İskəndər” kompleksindən ikisi artıq məhv edilib.

“Azərbaycanın pilotsuz təyyarəsi vasitəsilə çəkilən kadrlarda həqiqətən ən azı iki İskəndər sisteminin yox edildiyini görə bilərik - bu komplekslərin fotoşəkillərini müqayisə edəndə açıq bir oxşarlıq görmək olar. Baxmayaraq ki, Ermənistan məhv edilmiş RK tipini açıqlamır”,-Avia.pro yazır:

“Məlumatda məhv edilmiş taktiki raket sistemlərinin dəqiq sayı barədə bildirilmir, lakin mənbələrə görə, 7-9 taktiki raket sisteminin sıradan çıxarılmasından bəhs edə bilərik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru