Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert

15-10-2020, 12:43           
Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert
Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdə bu günə kimi Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini çökdürüb. Bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov bildirib ki, düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirib: “İndi gizlənib Azərbaycanın mülki əhalisini atəşə tuturlar. Ancaq bunun da heç bir nəticəsi olmayacaq, yaxın günlərdə biz Ermənistanın çökməsinin şahidi olacağıq.

Artıq bütün cəbhə böyü üstünlük Azərbaycan ordusunun əlindədir. Azərbaycan ordusunun kifayət qədər şəxsi heyəti, silah-sursatı var. Ermənilər indi sayaqlayırlar ki, guya Azərbaycan muzdlulardan istifadə edir. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur, çünki Azərbaycan əhalisinin 4 milyonu silah tutmaq gücündədir və lazım gələrsə, onlar hamısı döyüşə gedə bilər.

Ermənistanda heç 2.5 milyon əhali yoxdur və onun da yarısı ölkədən qaçmaq haqqında düşünür. Bu gün Ermənistan mülki təyyarələrlə silah gətirməyə çalışır. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Deyilənə görə 20 reysdə silah gətiriblər. O silahlar nə verəcək ermənilərə? 20 reyslə heç bir artilleriya alayının normal təminatını həyata keçirmək mümkün olmaz. Bu dəfə onlar layiqli cavablarını alırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru