Azərbaycan Prezidenti: “Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah döyüşləri dayandırmağa hazırıq”

15-10-2020, 20:17           
Azərbaycan Prezidenti:
“Bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü, torpaq bütünlüyü təmin edilməlidir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan döyüşləri dayandıra bilər: “Biz döyüş meydanında durmağa hazırıq, əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq ümumilikdə biz dayanmayacağıq. Biz istəyirik ki, hərbi mərhələ siyasi mərhələyə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanı inandıra bilərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.