Pakistan səfiri:"Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”

16-10-2020, 07:07           
Pakistan səfiri:"Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərində mülki əhalini hədəf almasından narahatlığını ifadə edib.

Bu barədə Pakistan səfiri “Twitter”də bildirib.

“Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərində mülki insanların hədəfə alınması son dərəcə narahatedicidir. Pakistan Azərbaycan xalqına və hökumətinə başsağlığı verir. Beynəlxalq humanitar hüququ pozan Ermənistanı mülki vətəndaşlara hücum etməkdən çəkinməyə çağırırıq”, – deyə diplomat qeyd edib/APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru