İndi də ABŞ-ın Azərbaycana silah göndərdiyini İDDİA EDİRLƏR... - Avia.pro

16-10-2020, 10:37           
İndi də ABŞ-ın Azərbaycana silah göndərdiyini İDDİA EDİRLƏR... - Avia.pro
İndi də ABŞ-ın Azərbaycana silah göndərdiyini İDDİA EDİRLƏR...
“Amerika Azərbaycana silah, texnika və onlarla hərbçisini yardım üçün göndərib”.

Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın Avia.pro portalı irəli sürüb.

“Mənbələr Amerika hərbi kontingentinin və texnikasının Bakıya gətirilməsi barədə məlumat verirlər. Bir neçə saat əvvəl ABŞ ordusu ilə yanaşı, NATO-nun digər qüvvələrinin də yerləşdiyi Baqram (Əfqanıstan) hərbi aviabazasından Bakı ərazisinə An-124 hərbi nəqliyyat təyyarəsi uçub.

Mütəxəssislər istisna etmirlər ki, təyyarə ilə silah, texnika və çox güman ki, hətta təlimatçı rolunu yerinə yetirən Amerika hərbçiləri gətirilə bilər”-Avia.pro yazıb.

Portalın məlumatına görə, ABŞ əsgərləri ağır nəqliyyat təyyarəsi olan "An-124-100"-la Əfqanıstandakı “Baqram " koalisiya qüvvələrinin avia-bazasından Bakıya uçub və adətən burada təlim kursları keçirlər. Təyyarənin yükünün “məzmunu” isə məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru