Rusiya kanalları açıq-açıq keçmiş sovet respublikalarını öz "arxa baxçası" adlandırır

16-10-2020, 23:40           
Rusiya kanalları açıq-açıq keçmiş sovet respublikalarını öz "arxa baxçası" adlandırır
Rusiya kanalları açıq-açıq keçmiş sovet respublikalarını öz "arxa baxçası" adlandırır, Rusiya İmperiyasının bərpa edilməsinin vacibliyini vurğulayırlar. Sonra da deyinirlər ki, niyə keçmiş SSRİ respublikaları Moskvadan qaçıb canlarını qurtarmaq istəyirlər, əsəbləşirlər ki, nədən keçmiş sovet respublikaları Qərbə üz tutmağa çalışırlar.
Teref.az yazır ki, bunu ReAl hərəkatının fəalı politoloq Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy yazır:
Doğrudur, Qərb də süddən çıxmış ağ qaşıq deyil, amma heç olmasa onlar bir əlində kökə, digər əlində qamçı saxlayır, Kreml isə hər iki əlinə zopa alıb ya qorxudur, ya saldırır.
Bizim müqəddəs Qarabağ savaşımız post-sovet məkanı üçün də çox vacib əməliyyatdır - biz bacarsaq, ərazi bütövlüyümüzü tam bərpa edib müstəqilliyimizi möhkəmlətsək, bütün post-sovet məkanı üçün ümid yeri, mayak rolu oynayacağıq. Bizim uğurlardan sonra Moldova Dnestyanı bölgəsini, Ukrayna Donbası qaytaracaq. Sonra Gürcüsran da ərazi bütövlüyünü federativ də olsa bərpa edəcək.
Əgər Qərbin daxili məsələmizə - işğaldan təmizləmə əməliyyatına qarışmadığını nəzərə alsaq (qarışmırlar, ya da İsrail və Türkiyə vasitəsi ilə dolayı dəstək olurlar), o zaman maraqlı vəziyyət yaranacaq:
Qarabağın Azərbaycana qovuşması nəticəsində Ermənistan Kremldən küsub tam üz çevirəcək, Qərbə daha yaxın olacaq, Azərbaycan da avtomatik Qərblə daha sıx əməkdaşlığa gedəcək. Beləliklə də bölgəmizin və post-sovet məkanının Kremlin İmperiya təhdidlərindən qurtulması üçün şans yaranacaq.
Nəticə etibarı ilə Cənubi Qafqaz daha çağdaş, daha demokratik bölgəyə çevriləcək...
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.