Fransa səfiri: Gərginlik dövrü bitdi, o səhifə bağlandı 19-10-2020, 02:23 Prezident Emmanuel Makron və Prezident İlham Əliyev arasında son həftələr sıx təmas olub.Axar.az xəbər verir ki, bu sözləri Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitter səhifəsində yazıb.Səfir sözlərini belə davam etdirib:"Doğrudur, son zamanlar bəzi gərginliklər oldu, amma iki liderin bir-birinə qarşı hər zaman yüksək hörməti olub.Prezident İlham Əliyev son zamanlar yaşanan gərginlik dövrünün bitdiyini söylədi: O səhifə bağlandı. Əslində, mən də bunun üçün çox minnətdaram”. Facebook-da paylaş