“Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” - Ülvi Quliyev

19-10-2020, 16:53           
“Terrorçu Ermənistanın faşist əməllərinə göz yuman qüvvələr onlarla məsuliyyəti bölüşmüş olurlar” - Ülvi Quliyev
“Xilaskar rəşadətli Azərbaycan ordusu qarşısında tab gətirməyib ciddi məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan və ordusu bu məğlubiyyətin acısını dinc əhaliyə qarşı insanlığa və bəşəriyyətə zidd cinayətlər və qanlı terror aktları törətməklə çıxmağa çalışır. Təcavüzkar Ermənistan dinc əhalini hədəf seçməklə mənəvi cəhətdən aşılanmış cinayətkar mahiyyətini ortaya qoyaraq öz vəhşi əməllərini dünya ictimiayyətinə nümayişkəranə formada sübut etməkdədir. Amma təəssüflər olsun ki, beynəlxalq aləm beynəlxalq humanitar hüququ və Cenevrə konvensiyasının tələblərini ayaqlar altına atan qəsbkar Ermənistanın bəşəriyyətə qarşı olan cinayətkar əməllərinə susması, görməməzlikdən gəlməsi qəzəb və nifrət hissi doğrumaqdadır”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkili blidirib ki, sivil dünya insanlığa qarşı törədilən bu vəhşiliklərə susmamalı və bu cinayəti həyata keçirənlərin məsuliyyətə cəlb olunmasını tələb etməlidir. “Sentyabrın 27-dən etibarən müzəffər Azərbaycan ordusunun əks-hücum xilaskar əməliyyatına başlamasından terrorçu Ermənistanın dinc əhalini hədəf seçərək cəbhə xəttindən çox uzaqda yerləşən iri şəhər və yaşayış məntəqlərini intensiv surətdə raket atəşinə tutur. Bunu etməklə qəsbkar ölkə bir neçə məqsəd güdür. Birincisi, daxili auditoriya qarşısında üz-üzə döyüşdəki acı məğlubiyyətini ört-basdır etmək, ikincisi, qanlı terror aktı törətməklə Azərbaycan cəmiyyətində çaşqınlıq, təşviş yaradıb, qorxutmaq, üçüncüsü, hərbi əməliyyat coğrafiyasını genişləndirib havadarlarını və digər ölkələri bu prosesə cəlb etmək məqsədi güdürdü. Amma cənab Prezident İlham Əliyev müdrik siyasəti azğın düşmənin bu məkrli, hiyləgər niyyətini də puça çıxarır. Bu gün azğın düşmən nəinki döyüş meydanında, eyni zamanda diplomatiya və informasiya müharibəsində də ciddi məğlubiyyətlərə düçar olmaqdadır. Məhz ona görə də bu cür insanlığa sığmayan vəhşiliklərə əl atır.

Terrorçu Ermənistanın bu vəhşiliyi nəticəsində təkcə Gəncə şəhərində aralarında körpə, qadın və yaşlı olmaqla 25-dək mülki insan dünyasını dəyişib, 100-dən artıq insan isə yaralanıb. Faşist ölkə bu qanlı terror aktlarını, vəhşiliklərini düşünülmüş və məqsədli formada gecə insanların yatdığı zaman həyata keçirir ki, daha çox insan qətlə yetirsin. Beynəlxalq aləm bu cinayətkarlığa susmamalı və öz sərt mövqeyini bildirib terrorçu ölkəni bəşəriyyətə qarşı vəhşiliklərindən geri durmağa çağırmalıdır”- millət vəkili qeyd edib.

O əlavə edib ki, terrorçu Ermənistandan fərqli olaraq bütün bu cinayətlərin cavabını döyüş meydanında verir: “Öz çirkin siyasi ambisiyalarını həyata keçirən terrorçu Ermənistan dinc əhaliyə qarşı qanlı terror aktları törətməklə dünyada sülhə düşmən olduqlarını nümayiş etdirməkdədir. Bu cür insanlığa, bəşəriyyəta qarşı törədilən dəhşətli cinayətlərə görə terrorçu bir dövlət olan Ermənistanın siyasi və hərbi rəhbərliyinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmaması təkcə beynəlxalq riyakarlıq deyil, bu həm də bəşəriyyətə qarşı törədilmiş cinayətə şərik olmaq deməkdir. Azğın düşməndən fərqli olaraq xilaskar Azərbaycan ordusu qisas alarkən mülki əhalinini hədəf seçmir, hədəf ancaq və ancaq terrorçu dövlətin işğalçı ordusudur. Azərbaycanın əsas məqsədi bölgədə sülhü yaratmaq üçün torpaqları işğaldan azad etmək və mülki insanları müdafiə etməkdir. Ona görə də Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum əslində sülhə məcburetmə əməliyyatıdır”.

Millət vəkili onu da bildirib ki, əgər beynəlxalq aləm bu qanlı terror törədən təcavüzkar Ermənistanın cinayətkar siaysi, hərbi rəhbərliyi məsuliyyətə cəlb olunmazsa, cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycan onların layiqli cəzasını verəcək: “ Xocalıda törədilən soyqırım kimi beynəlxalq aləm insanlıqdan uzaq bu cür vəhşi cinayətlərə göz yumarsa, özü onları cəzalandıracaq. Bu cəza həddən artıq ağır olacaq. Necə ki, bu gün müzəffər Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında sözünü deyərək torpaqlarımızı işğaldan azad etməklə, həm də indiyədək şəhidlərimizin, Xocalıda soyqırıma, terrora məruz qalanların qisaslarını layiqincə almaqdadır.

Azərbaycan istənilən halda işğal altında torpaqları azad etməkdə israrlıdır və kimsə bizi durdura bilməz. Bu gün Azərbaycan xalqı Prezident, Ali Baş Komandanın ətrafında və onun rəhbərliyi ilə aparılan torpaqların işğaldan azad olunması, sülhün bərqərar edilməsi missiyası ətrafında birləşib. Bu gün Azərbaycan cəmiyyətində tarixində görünməmiş bir həmrəylik, birlik nümayiş etdirməkdədir. Cəmiyyətdə siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalar torpaqların işğaldan azad olunması istiqamətində Ali Baş Komandfan ətrafında sıx birləşib. Bu birlik və həmrəylik isə bütövlükdə cəmiyyətdə torpaqların işğalın azad edilməsində əlavə ruh yüksəkliyi, inam yaradır. Əsgərlərimizdə döyüş əzmini artırır.

Bununla belə Azərbaycan hər zaman sülh danışıqlarına hazırdır. Azərbaycanın sülh danışıqlarının bərpa olunması üçün tək bir şərt irəli qoyub. Bu da ondan ibarətdir ki, qəsbkar düşmən torpaqlarımızdan çıxsın. Ancaq ondan sonra qarşıdurma dayana bilər. Təcavüzkar Ermənistanın cinayətkar siyasi, hərbi hakimiyyəti nə qədər gec deyil və daha çox itkiyə yol vermək istəmirsə Azərbaycan verdiyi bu dərsdən nəticə çıxarmalıdır. Bu yolda müzəffər ordumuza, başda Ali Baş Komdandan olmaqla uğurlar arzulayırıq. Əminik ki, tezliklə Ali Baş Komandan özü qələbə zəfərini elan edəcək. Bu yolda Allah ordumuza, xalqımıza və bizi zəfərlərə aparan Prezidentimizə yar olsun! Qarabağ Azərbaycandır!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.