"Bu cür atəşkəs Azərbaycanın maraqlarına cavab vermir" - Politoloq

19-10-2020, 21:02           
"Bu cür atəşkəs Azərbaycanın maraqlarına cavab vermir" - Politoloq
“Ermənistanın humanitar atəşkəsi kobudcasına pozmasında əsl məqsədi istehkamları möhkəmləndirmək və hərbi texniki bazasını gücləndirməkdir”.

Bunu e-huquq.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, düşmən bu yolla canlı qüvvə toplamaq istəyir:

“Hadrutu itirdikdən sonra 3 dəfə humanitar atəşkəs adı altında əks-hücum əməliyyatları həyata keçirmək istədilər. Bununla yanaşı, Gəncəni hədəfə alıb terror aktı törətdilər. Bütün bunlar faktiki olaraq, atəşkəsin pozulmasıdır”.

E.Şahinoğlu bu cür atəşkəsin Azərbaycanın maraqlarına cavab vermədiyini bildirib.

“Onlar atəşkəsdən istifadə edib öz çirkin niyyətlərini həyata keçirirlər. Üstəlik Dağlıq Qarabağda başıpozuq dəstələr vardır ki, Paşinyan nə qədər “atəşkəs” desə də, həmin dəstələr atəşkəsi hər an poza bilərlər”, - deyə politoloq qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.