“Bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib” - Ermənistan MN

21-10-2020, 04:09           
“Bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib” - Ermənistan MN
Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət yox, həm də texniki üstünlüyü var.

Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayııb. Məlumata görə, bu fikirləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai TV-nin efirində deyib.

Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycanın gücü Ermənistanın gücünü 12 dəfə üstələyib.

“On iki dəfə çox, bunun nə olduğunu başa düşürsünüz? Bu, demək olar ki, müharibə tarixində heç vaxt olmayıb və ya çox nadir hallarda olub”, - A.Ovannisyan bildirib.

O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikalar tətbiq edilir. O qeyd edib ki, ən yeni Türkiyə və İsrail texnologiyalarından istifadə olunur.

“Bu, yeni PUA-lar, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəsil müharibəsini görürük. Bütün mexanizmlər hər iki tərəfdən uyğun deyil, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət ayrılıb”, - deyə Ovannisyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru