ERMƏNİSTANIN NÖVBƏTİ BLEFİ – “Rusiyanı münaqişəyə cəlb etməyə ehtiyac yoxdur”
21-10-2020, 03:17

Rusiya KİV-nin məlumatına görə, Ermənistanın prezidenti Armen Sərkisyan «France 24» telekanalına verdiyi müsahibədə bəyan edib ki, indiki halda Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə ehtiyac yoxdur. Yerevan hazırda Türkiyənin bu münaqişədən uzaqlaşdırılmasını prioritet hesab edir.
«Rusiyanı münaqişəyə cəlb etməyə ehtiyac yoxdur. Dağlq Qarabağ erməniləri artıq sübut ediblər ki, öz vətənlərini (Qarabağ erməni vətəni deyil! - M.A.) özləri qoruya bilərlər (dabanlarına tüpürüb döyüş meydanından qaçmaqla! - M.A.). Rusiyanı və ya hansısa üçüncü ölkəni cəlb etməkdənsə, Türkiyəni münaqişədən kənarlaşdırmaq lazımdır. Türkiyə bu məsələdə dağıdıcı rol oynayır» - Sərkisyan bildirib. (Bir atalar məsəlində deyildiyi kimi, «ilan ulduz görməsə, ölməz» - M.A.).
Dığanın sözlərinə görə, Türkiyə Qarabağ münaqişəsində mütləq destruktiv mövqe tutur. Rusiya ilə münasibətlərdən danışan Armen qeyd edib ki, Moskva uzun illərdir Ermənistanın müttəfiqi olub və olaraq qalır, bu ölkələr arasında inamlı münasibətlər qurulub.
Başqa bir xəbərdə isə deyildiyinə görə, Rusiya Federasya Şurası beynəlxalq münasibətlər komitəsinin başçısı Konstantin Kosaçov oktyabrın 20-də bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində suriyalı muzdluların iştirakı barədə Ermənistan Rusiyaya rəsmi müraciət etməlidir - bölgədə antiterror əməliyyatları keçirmək üçün.
Erməni hökumətinin şizofrenik başçısı isə oktyabrın 19-da TASS agentliyinə verdiyi müsahibədə belə bir fikir işlədib ki, Qarabağ döyüşlərində suriyalı muzdluların iştirakı bölgədə antiterror əməliyyatları keçirmək üçün Rusiyaya hüquq verir.
Göründüyü kimi, döyüş meydanındakı məğlubiyyəti səbəbilə ağlını itirmiş və şizofreniya azarına düşmüş erməni başbilənləri artıq nala-mıxa vurmağa məcbur qalıblar - bir tərəfdən, Rusiyanın münaqişəyə daxil olmasına ehtiyacın olmadığını bildirirlər, o biri təəfdən isə Rusiyanı heç bir əsas olmadan rus xalqına lazım olmayan davaya sövq edirlər. Buradan açıq-aydın görünür ki, erməni məkri artıq ən təhlükəli virusdan da təhlükəli həddə çatıb…
Mirzə AĞ
AzPolitika.info