Fransa parlamentinin üzvü Valerie Boyer Qarabağın müstəqilliyinin tanınması üçün niyə əldən-ayaqdan gedir?

21-10-2020, 08:08           
Fransa parlamentinin üzvü Valerie Boyer Qarabağın müstəqilliyinin tanınması üçün niyə əldən-ayaqdan gedir?
Fransa parlamentinin üzvü Valerie Boyer Qarabağın müstəqilliyinin tanınması üçün əldən-ayaqdan gedir. Bu xanım Facebook və Tvitter hesablarından yalnız təbliğat üçün istifadə edir. Facebookda yazdığı sonuncu statusunda təkrarən Fransa Senatının üzvlərin müraciət edib.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazır.
Daha sonra Qubad bəy davam edir: Yazır ki, "mən Senat qrupuna müraciət etdim ki, mənim Azərbaycanın və Türkiyənin pisləmək və Artsakın müstəqilliyini tanımağa dair təklifimə qoşulsunlar. Fikrini də belə tamamlayır: "gözümüzün qarşısında genosid gedir, hərəkətə keçmək lazımdır."
Hesab edirəm ki, əgər Fransa Senatı Qarabağı tanyırarsa, Azərbaycan höküməti Fransanın Bakıda milyardlar qazanan "Total" şirkətini Ermənistana göndərməlidir, bundan sonra gedib orda neft-qaz hasilatı ilə məşğul olsun, bu barədə də onlar indidən xəbərdarlıq olunmalıdır. Neftə-qaza gələndə Azərbaycanla dost olurlar, Qarabağa gələndə isə ermənilərin haqsız mövqeyini müdafiə edirlər. Əgər Senat Qarabağın müstəqilliyini tanıyarsa onda Fransanın legioner ordeninin Azərbaycanlı sahibləri ondan imtina etməlidirlər.
Fransanı dost ölkəyə çevirmək üçün belələrini tanıtmaq və ifşa etmək lazımdır, ki, arada suyu bulandırmaqla məşğul olmasın.
Sizlər də dostlar Facebookda fəal olun, Azərbaycanın haqq və ədalətli mövqeyini çatdırın. Buyurun, tanıyın dostu, düşməni!
https://www.facebook.com/valerieboyer13
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru