Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistanın səfiri

21-10-2020, 20:00           
Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistanın səfiri
Pakistanla Azərbaycan arasında dərin əlaqələr var.

Pravda.az xəbər verir ki, bunu Pakistanın Bakıdakı səfiri Bilal Haye deyib.

O bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın yanında olub və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir.

Səfir vurğulayıb ki, Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir.

Diplomat bir sıra vacib şəhərlərin işğaldan azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamələrin qəbulunda Pakistan Azərbaycana mühüm dəstək verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru