Ermənilər özləri Ordumuzun həqiqətən mülkü əhalini hədəf almadığını təsdiqləyir....

22-10-2020, 07:43           
Ermənilər özləri Ordumuzun həqiqətən mülkü əhalini hədəf almadığını təsdiqləyir....
Gün ərzində Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) və Ağdərə (Martakert) bölgələrinin yaşayış məntəqələrini atəşə tutub.

Ovqat.com xəbər verir ki, məlumatı “DQR”-nın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Məlumata görə, Azərbaycan ordusu Xocavənd qəsəbəsini və Ağdərə bölgəsindəki Gerger kəndini top atəşinə tutaraq mülki əhaliyə maddi ziyan vurub.

Artıq ikinci gündür ki, “düşmən” Ağdərə və ətraf kəndlər istiqamətində döyüş təyyarələrindən istifadə edir. Bu yaşayış məntəqələrinə də xeyli ziyan dəyib, - məlumatda belə deyilir.
Məlumatda o da etiraf olunur ki, "xoşbəxtlikdən mülki əhali arasında ölən və yaralanan yoxdur".

Qondarma qurumun “FHN”-nin bu məlumatında hər iki rayonun ağır bombardıman altında qalmasına baxmayaraq, mülki şəxslərdən heç kimin burnunun belə qanamamasının etiraf olunması Azərbaycan ordusunun əsl hədəfini göstərir. Əgər məqsəd mülki vətəndaşlara zərər vurmaq olsaydı, dəqiq nişanalma qabiliyyəti yüksək qiymətləndirilən ordumuzun gözündən bir Allah bəndəsi də yayına bilməzdi. Öz torpaqlarını işğaldan azad etmək uğrunda vuruşan Azərbaycan əsgərinin yalnız bir hədəfi var – təcavüzkar düşmən qüvvələri. Odur ki, bizim düşmən üzərinə yağdırdığımız mərmilər də həmin hədəfə ünvanlanır. Ermənistanın işğal ordusu ya Dağlıq Qarabağı öz xoşuyla tərk edəcək, ya bu ərazilər düşmənə məzar olacaq. Əsgərimizin qarşısında başqa alternativ yoxdur!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru