Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin

22-10-2020, 16:22           
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq, özünüz nəsə edin.

Trend-in məlumatına görə, bunu rusiyalı siyasətçi Konstantin Zatulin erməni mətbuatına müsahibəsində deyib.

O bildirib ki, əgər Ermənistanın KTMT üzvü olaraq maraqları pozulursa, o zaman KTMT-yə müraciət etsinlər:

“Ermənistan nə edir? Niyə müraciət etmir? Çünki Ermənistan hökuməti hesab edir ki, Rusiyaya kömək üçün müraciət etsə, qərbli dostlarının xətrinə dəyər. Kimə arxalanacağını müəyyənləşdirmək lazımdır. Rusiyanın bu vəziyyəti həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan parçalanır. Baş naziriniz isə elə davranır ki, sanki keçmiş prezidenti həbsə atmaqla ölkəni idarə etməyə davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru