XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb

23-10-2020, 20:14           
XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Oktyabrın 23-də ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın Xarici İşlər naziriCeyhun Bayramov ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

C.Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru