İran səfiri İlham Əliyevi təbrik etdi

23-10-2020, 21:01           
İran səfiri İlham Əliyevi təbrik etdi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tamamilə bərpa etməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında yazıb.

“Cənab Prezident! 760 kilometrlik İran və Azərbaycan ümumi sərhədi bədniyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq. İran xalqı azərbaycanlı qardaş və bacılarının sevincinə sevinir”, - deyə A.Musəvi bildirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru