"Azərbaycan Türkiyənin danışıqlar masasında oturmasında çox israrlıdır" - RƏSMİ

26-10-2020, 01:13           
"Azərbaycan Türkiyənin danışıqlar masasında oturmasında çox israrlıdır" - RƏSMİ
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Məmnuniyyətlə “Sabah” qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim”, – o bildirib.

Müsahibəsi zamanı H.Hacıyev deyib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ üçün masada Türkiyənin olması məsələsində çox israrçıdır:

“Türkiyə Cənubi Qafqaza qonşu və qardaşımızdır. ATƏT-in Minsk qrupunun üzvüdür. Yalnız bu coğrafiyaya deyil, bütün dünyada sülhə, ədalət və haqqın yerini tutmasına töhfə verən Türkiyə olmazsa, olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru