Prezidentin köməkçisi: “Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır”

26-10-2020, 21:04           
Prezidentin köməkçisi:
“Biz Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə birtərəfli qaydada erməni əsgərlərinin meyitlərini qaytarmağa hazır olduğumuzu bildirmişik”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“18 oktyabrdan bizim müraciətlərimiz Ermənistan tərəfindən cavabsız qalır. Bu nadanlıqla Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır”, - deyə H.Hacıyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru