"AZƏRBAYCAN ZƏNGƏZURA ÇATIB" - Ermənistan Müdafiə Nazirliyi

27-10-2020, 00:13           
"AZƏRBAYCAN ZƏNGƏZURA ÇATIB" - Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.

Virtualaz.org bildirir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: "Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib".

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.

"Bəli, rəqib bəzi sahələrdə uğur qazanıb, bəli, onlar Sünikin (Zəngəzur –red.) darvazasına yaxınlaşıblar, amma vəziyyət ekstremal deyil", - deyə o vurğulayıb.

Artsrun Ovannisyan erməni jurnalistlərə sabah hərbi əməliyyatların xəritəsini təqdim edəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru