ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
27-10-2020, 07:09
ABŞ İranın Neft Naziri Bijən Namdar Zəngənə, eləcə də neft nazirliyi də daxil olmaqla ölkənin bir sıra digər İran vətəndaşlarına, şirkət və təşkilatlarına sanksiya tətbiq edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Məhdudiyyətlər, həmçinin İran Milli Neft Şirkəti, Milli İran Tanker Şirkətinə tətbiq olunub.