"Bizə Annanın ərinin hakimiyətdə qalması çox sərfəlidir"
30-10-2020, 09:15

"Bizə Annanın ərinin hakimiyətdə qalması çox sərfəlidir"
Ermənistan həqiqətən də çox acınacaqlı durumdadır.
Düşük Təlxəkoviç Dabanyalayan nə qədər çalışsa da, nə qədər çatmaqaşını büzüb gözlərini bərəltsə də, nə qədər sinəsinə döysə də,
Artıq hər bir emrəni bilir ki, ölkə bərbad vəziyətdədir və yaxın gələcəkdə düzəlmə ehtimalı sıfırdır.
Büdcə boş, drevniarmənski koronavirus bir tərəfdən, Ordumuz digər tərəfdən, Analar hərəkatı baş qaldırıb ki, uşağlarımızı başqa dövlətin ərazisində ölümə göndərməyə imkan verməyəcəyik,
Siyasi çaxnaşmalar, bunlara tab gətirmir Ermənistan və günü gündən bu uçurum daha da dərinləşəcək.
Amma bir məqam var. Hal hazırda bizə Annanın ərinin hakimiyətdə qalması çox sərfəlidir.
Amerika kəşf etmirəm, mənsiz də bilirsiniz bunları ki, Moskva Nikolun əvəzinə öz adamını oturdan kimi, onun möhkəmlənməsi üçün bizə həm təqizqləri artıracaq, həm hədiyə etdiyi silah-sursatın miqdarını artıracaq, həm hərbçilərini daha aktiv cəlb edəcək.
Biz sözlə, cüzi də olsa cəmiyətdə onu xilaskar kimi təqdim etmək məcburiyəti yaranacaq.
Ona görə, hələ heç kim bu məxluqun yerinə göz tikmir, Koçaryan kimilər fikirləşirlər ki, qoy o bütün təslim işlərini bitirsin, sonra biz gələrik ki, gördüz, vot.
Erməni xalqının talei artıq heç kimi marağlandırmır.
Rusiyaya bu ölkə sadəcə bufer zonası kimi lazımdır, ərazi baxımdan və erməni xalqının aqibəti onların heç müəyyən yerlərinə də deyil.
Amma istənilən variantda bizim Qələbəmiz qaçılmazdır.
Bəli, çətin olacaq, bəli, terroristik aktlar da törədəcəklər, bəli, xaricdə diplomatlarımıza hücümlar da ola bilər, lakin bunların heç biri bir nəticə verməyəcək.
Vaxtı ilə ermənilər Türkiyəyə qarşı, türklərə qarşı Avropada savaş açmışdılar, amma Türkiyə öz gizli təşkilatını yaradandan sonra, bir bir terroristləri dənləyəndən sonra, ermənilərin də, ASALA-nın da tısı yatdı.
Şübhəsiz ki, bizim də istənilən cinayətə qarşı adekvat cavab vermək imkanlarımız var və düşmən bütün cəbhələrdə susdurulacaq.
Bağışlayın, biraz sumbur oldu, hamı kimi, mən də hər gün, hər saat, hər dəqiqə yalnız Böyük Vətən Müharibəmiz haqda düşünürəm, ürəyimiz doludur, bölüşmək istəyirik, inanırıq, gözləyirik!
Azər Qəribov
Jurnalist \\pravda.az\\