Polkovnik Volodya Avetisyan: "Putin gedəcək, bu oyunu təşkil edən o idi"

1-11-2020, 16:16           
Polkovnik Volodya Avetisyan: "Putin gedəcək, bu oyunu təşkil edən o idi"
Ermənistanın yüksək rütbəli hərbçilərindən biri, Qarabağdakı işğal ordusunun polkovniki Volodya Avetisyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın işğal etdiyi 7 Azərbaycan rayonunun işğaldan azad edilməsinin zəruriliyi barədə bu yaxınlardakı çıxışını şərh edib.

Teref.az onun lragir.am saytına verdiyi müsahibəyə istinadən bildirir ki, Rusiyanın ali siyasi rəhbərliyinin, o cümlədən Vladimir Putinin ünvanına xoşagəlməz ittihamlar Ermənistan ordusundakı əhval-ruhiyyənin və ali komandanlıq heyətinin Rusiyaya münasibətinin göstəricisidir.

“Bu, qəbuledilməzdir, heç bir rayon, bir qarış belə torpaq vermək olmaz. Biz o torpaqları azad etmişdik. Onlar min illərlə ermənilərin olub. Putin və başqaları gələcək və gedəcəklər, bu oyunları təşkil edən onlar idi, lakin onlar gedəcək, biz isə qalacaq və torpağımızı qoruyacağıq”, – deyə V. Avetisyan açıqlamasında vurğulayıb. virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.