Niyə Ermənistan Rusiyaya müraciət edib, amma KTMT-yə yox?

1-11-2020, 16:58           
Niyə Ermənistan Rusiyaya müraciət edib, amma KTMT-yə yox?
“Atəşin dayandırılması istiqamətində KTMT-nin addımlar atmadığını söyləmək olmaz”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin baş müşaviri, general-leytenant Vağarşak Harutyunyan niyə Ermənistanın Rusiyaya müraciət etdiyini, amma strukturun üzvü olduğu halda KTMT-yə müraciət etmədiyini şərh edərkən deyib.

Ermənistanın İctimai Televiziyasında çıxışında Harutyunyan qeyd edib ki, Türkiyə ilə qarşılıqlı əməkdaşlığı nəzərə alaraq KTMT-nin üzvü olan digər dövlətlərin Qarabağda döyüş əməliyyatlarının dayandırılması məsələsində müsbət təsirə malik ola biləcəyinə dair əminlik yoxdur.

Eyni zamanda o xatırladıb ki, KTMT baş katibi Stanislav Zas münaqişənin məhz başlanğıcında atəşi dərhal dayandırmaq və münaqişəni dinc yolla həll etmək zərurəti haqqında bəyanatlar verib.

Harutyunyan vurğulayıb ki, Ermənistan rəhbərliyi vəziyyəti təhlil edəndə və KTMT -yə müraciət etmək qərarına gələndə belə də ediləcək.

“Bizi heç bir şey məhdudlaşdırmır və Baş nazir bu barədə deyib ki, biz KTMT daxil olmaqla bütün mümkün qollarımızdan istifadə edəcəyik”, - deyə o əlavə edib.

Harutyunyan Rusiyanın yardımı haqqında danışarkən Suriya hadisələrini xatırladır.

O deyib ki, məsləhətləşmələr tezliklə başlayacaq və cəld qərarlar veriləcək.

Harutyunyan vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan daimi əlaqədədirlər və təhlükəsizlik məsələlərini müzakirə edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.