Lavrov Paşinyana əl uzatdı - Hansı mənada?...-FOTO

21-11-2020, 14:17           
Lavrov Paşinyana əl uzatdı - Hansı mənada?...-FOTO
Hər iki fotoda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı görünür...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun işğalçı ölkə Baş naziri Nikol Paşinyanla görüşündən bir fotoşəkil yayımlayıb.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.

"Dramatik sənət"- deyə Zaxarova fotoya şərhində yazıb.

Bundan az öncə Rusiya XİN rəsmisi Paşinyanın Rusiya qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotonu da paylaşıb.

O da maraqlıdır ki, hər iki fotoda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı görünür.

P.S. Fotodan göründüyü kimi, Rusiya baş diplomatı əlini Ermənistan hökumət başçısına tərəf uzadır. Hansı mənada? Özü yaxşı bilir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru