İngilis kəşfiyyatının şok planı: “Bu, Azərbaycan üçün müjdəli xəbərdir”

5-12-2020, 12:39           
İngilis kəşfiyyatının şok planı:
“Türkiyə və İsrailin Suriya və Liviyada maraqları heç vaxt toqquşmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Cənubi Qafqaz və Yaxın Şərq ətrafında gedən son proseslərə diqqət çəkib:

“Böyük Britaniyanın Mİ -6 xidməti (kəşfiyyat) Yaxın Şərq və Qafqazla bağlı çox ciddi işlər görmək istiqamətində mühüm addımlar atmaqdadır. Geosiyasət Türkiyə və İsrail arasında münasibətlərin hər zaman sıx olmasını tələb edib. XX əsrin əvvəllərində Osmanlı sulatnları bunu başa düşüb addımlar atsaydılar, əmin olun kı, Anadolu uğrunda İstiqlal savaşı olmayacaqdı.

Bir müddət idi ki, Türkiyə və İsrail arasında münasibətlərin soyuması istiqamətində təsirlər var idi. Lakin bu görüntüydü. Əslində isə heç vaxt Liviya və Suriyada İsrail və Türkiyə maraqları toqquşmamışdı. Budur, artıq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İsrail MOSSAD-ı sıx əməkdaşlıq barədə saziş imzalayıb. Bu, Azərbaycan üçün müjdəli xəbərdir”.

Ekspert tərəflər arasındakı anlaşmada Böyük Britaniya kəşfiyyatının rolunun olduğunu istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru