“Manukyan son dərəcə hiyləgər siyasətçidir” - Politoloq

6-12-2020, 11:17           
“Manukyan son dərəcə hiyləgər siyasətçidir” - Politoloq
"İrəvanda müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyandır. O, Ermənistanın keçmiş baş naziri və müdafiə naziri olub. SSR-nin son illərində Azərbaycana qarşı ərazi iddiası irəli sürən “Qarabağ” komitəsinin fəal üzvü olub. Prezident seçkisində Levon Ter-Petrosyanın əsas rəqibi olub".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

O qeyd edib ki, indiki halda hakimiyyətə Manukyanın dədəsi də gəlsə, Ermənistanı ağır vəziyyətdən çıxara bilməyəcək:

"1998-ci ildə jurnalist işlədiyim illərdə Vazgen Manukyandan geniş müsahibə götürmüşdüm. Bircə onu deyə bilərəm ki, son dərəcə hiyləgər siyasətçidir. Buna baxmayaraq, Vazgen Manukyanın dədəsi də gəlsə, Ermənistanı hazırki ağır vəziyyətdən çıxara bilməyəcək. Manukyan baş nazir olub nə edəcək? İtirdikləri torpaqları qaytaracaq, yoxsa taqətdən düşmüş ordularını hücuma keçməyə əmr verəcək? Olsa-olsa Paşinyandan daha çox Rusiyanın nökəri olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru