Rusiya Qarabağla bağlı razılaşmaların pozulmasını və Qərbin bu işlərə qarışmasını istəmir

6-12-2020, 12:12           
Rusiya Qarabağla bağlı razılaşmaların pozulmasını və Qərbin bu işlərə qarışmasını istəmir
Rusiya tərəfindən dəstəklənən Paşinyan istefa verməyəcək

Ermənistanda siyasi vəziyyətdə maraqlı dəyişikliklər baş verir. Baş nazir Paşinyanın vəzifədən kənarlaşdırılmasına çalışan Moskva indi onu fəal şəkildə dəstəkləyir. Rusiya prezidentinin Paşinyanın satqın olmadığı, Ermənistanın maraqlarını müdafiə etdiyi və sonuna qədər müqavimət göstərdiyi haqqında bəyanatlarını yada salmaq kifayətdir.
Baş nazir özü ictimaiyyətə bugünki müraciətində bildirib ki, müxalifətin təzyiqinə boyun əyməyəcək və istefa verməyəcək, müxalifətin tələb etdiyi kimi növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verməyəcək.
Xatırladaq ki, 17 siyasi partiya Paşinyana ultimatum verib və hətta Vazgen Manukyanın şəxsində müvəqqəti baş nazir seçib.
Bu arada, Ermənistanda yerləşən rus qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, Yerevan üzərində isə hər gün Rusiya qırıcı təyyarələri uçur.
Rusiya SQ-nin nümayəndələri bunu Ermənistanda müəyyən qüvvələrin sabitliyi pozmaq istəmələri fonunda vəziyyətə nəzarət etmək zərurəti ilə izah edirlər.
Müşahidəçilər Moskvanın Paşinyana bu cür "qayğısını" çox sadə izah edirlər: Rusiya Qarabağla bağlı razılaşmaların pozulmasını və Qərbin bu işlərə qarışmasını istəmir. Bunun üçün Ermənistanda hazırki hakimiyyəti saxlamaq zəruridir. Müvəqqəti olaraq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru