Mer Paşinyana qarşı etirazlara qoşuldu

7-12-2020, 07:01           
Mer Paşinyana qarşı etirazlara qoşuldu
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir.

Publika.az xəbər verir ki, baş nazirin istefasını tələb edənlər arasında Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan da var. O bildirib ki, ölkənin üzləşdiyi fəlakətli vəziyyətin yeganə günahkarı Nikol Paşinyandır.

"Yeganə təqsirkar avantürist qrupu ilə birlikdə baş nazir Nikol Paşinyandır. Mən sizin hamınızı milli qurtuluşa birgə başlamaq üçün onun istefasını tələb edən icmalara qoşulmağa çağırıram", - deyə şəhər meri “Facebook” səhifəsində vətəndaşlara çağırış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru