Lavrov: “Minsk Qrupunun həmsədrləri əvvəlcədən Rusiya və ABŞ olub, Fransa həmsədrliyə sonradan qoşulub”

8-12-2020, 00:02           
Lavrov:
“Fransa Minsk Qrupunun həmsədrliyinə daha gec qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrovun sözlərinə görə, Fransa Minsk Qrupunun həmsədrliyində əvvəlcədən təmsil olunmayıb: “ATƏT-in Minsk Qrupu həmsədrliyindən danışırıqsa, əvvəlcədən həmsədrlər Rusiya və ABŞ olub. Fransa daha gec – sonradan qoşulub. Biz Parisin xahişi ilə buna getdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru