Paşinyan Rusiyanı BİABIR ETDİ: "Verdiyiniz silahlar işə yaramadı"

23-12-2020, 08:01           
Paşinyan Rusiyanı BİABIR ETDİ:
Paşinyan tarixi məğlubiyyətinə görə Rusiyanı günahlandırıb.

Teref.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək bütün günahların Rusiyada olduğunu deyib.

“Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı. Buna görə ordumuz bir hədəfə çevrildi”, – deyə erməni baş nazir gileylənib.

Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan, “Əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı”, – deyə Paşinyan məğlubiyyət acısını dilə gətirib.

Moskva rəhbərliyini qınayan Paşinyan, müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib.MediaBaku.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru