Zurabişvilinin “Qafqaz platforması” özündə nəyi ehtiva edir? - RƏSMİ AÇIQLAMA

24-12-2020, 08:03           
Zurabişvilinin “Qafqaz platforması” özündə nəyi ehtiva edir? -
Prezident Administrasiyası son günlər Salome Zurabişvilinin “Qafqaz platforması” barədə səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, qurumun yaydığı bəyanatda prezidentin çıxışından sonra əsassız ajiotajın və iddiaların yarandığı bildirilib.

Prezident Administrasiyası qeyd edib ki, yayılan məlumatlarda Zurabişvilinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan da daxil olmaqla 6 ölkənin iştirakı ilə yeni formatın yaradılması təşəbbüsü barədə danışdığı iddia olunur:

“Bu çıxış başqa hər hansı bir təşəbbüsə cavab kimi qəbul edilə bilməz və qəbul edilmir. Çünki prezident bir neçə dəfə və bölgədə münaqişə olan zaman da “Qafqaz platforması”nın yaradılmasını təklif edib. Prezident Gürcüstanın Qafqazdakı tarixi rolunu və birləşdirici funksiyasını daima vurğulayır”, - deyə Prezident Administrasiyasının yaydığı bəyanatda qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.