“İki dəli məxluq” - İran Trampa Səddamın taleyini vəd edir

24-12-2020, 08:24           
“İki dəli məxluq” -
İran hökuməti Birləşmiş Ştatlar tərəfindən elan olunmuş iqtisadi müharibənin nəticələrini azaltmaq və Tehrana yönəlik sərt sanksiyaları dayandırmaq üçün bütün səyləri göstərir.

Bu barədə dekabrın 23-də İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani bəyan edib.

Xəbəri «İRNA» dövlət informasiya agentliyi yayıb.

«Biz, sanksiyaları nə vaxt dayandıra biləcəyiksə, o zaman sionizm, siyasi reaksiya və ekstremistlər üzərində qələbə çalacağıq. Sanksiyalar sionistlərin, reaksionerlərin və ABŞ-dakı ekstremistlərin məhsuludur» - deyə, Ruhani çərşənbə günü nazirlər kabinetinin iclasında bəyan edib.

Həsən Ruhani keçmiş İraq diktatoru Səddam Hüseyni və ABŞ-ın indiki prezidenti Donald Trampı İran xalqına müharibə gətirən «dəli məxluqlar» adlandırıb.

«Səddam bizi silahlı münaqişəyə çəkdi, Tramp isə iqtisadi müharibəyə. Biz, silahlı münaqişə zamanı (1980-1988 illər İran-İraq müharibəsi nəzərdə tutulur - Red.) birləşdik, biz bir olduq və biz, Səddama qalib gəldik, biz, həmin dəlini necə asdıqlarını gördük. Trampın da aqibəti Səddamınkından yaxşı olmayacaq» - İran prezidenti deyib.

Ruhaninin sözlərinə görə, İranı beynəlxalq səhnədə təcrid etməyə çalışsa da, Tramp administrasiyası özü təcridə düşüb.

«Hər dəfə onlar BMT-yə və beynəlxalq təşkilatlara müraciət edərkən, Amerikanın ənənəvi müttəfiqləri onları dəstəkləmədi və Avropa onların sözlərini qəbul etmədi» - prezident qeyd edib.azpolitika/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.