"Vaksin müharibəsi artıq başlayıb" - Mariya Zaxarova

25-12-2020, 10:06           
"Vaksin müharibəsi artıq başlayıb" - Mariya Zaxarova
Koronavirus əleyhinə vaksin üzrə informasiya müharibəsi artıq başlayıb, yerli nailiyyətlə bağlı inam isə Rusiyanın gücünə dayanır.

Eurasia Diary xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində söyləyib.

"Əfsuslar olsun ki, bəli, vaksin müharibəsi artıq başlayıb. Bu hər şeyin müharibəsidir, COVİD-19 məsələsinin siyasiləşdirilməsi baş verib. Pandemiya ilə bağlı infodemiya yayılıb. Bu dəhşətli reallığın bir hissəsi, əlbəttə ki, peyvənd müharibəsidir və Rusiyanın səylərinə qarşı qarayaxma kampaniyası və ya Rusiyanın nailiyyətləri barədə məlumatların bloklanması ilə əlaqəli hər şeydir".

Diplomat bu yanlış məlumatların yayılmasına qarşı əks-arqumentlər və təkziblərin gətirilməsinin vacibliyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru