Seçkilər üçün texnika hazırlayan firmanın rəhbəri Trampı məhkəməyə verməyə hazırlaşır

26-12-2020, 03:13           
Seçkilər üçün texnika hazırlayan firmanın rəhbəri Trampı məhkəməyə verməyə hazırlaşır
Səsvermə üçün elektron maşınlar və proqram təminatı hazırlayan “Dominion” şirkəti ABŞ Prezidenti Donald Tramp başda olmaqla, onu seçki saxtakarlığında ittiham edənləri məhkəməyə verəcək.

CNN-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Con Pulos açıqlama verib.

O qeyd edib ki, seçkilərdən sonra “Dominionun” saxtakarlığa qarışması ilə bağlı yalan ifadələr yayan şəxsləri məhkəməyə vermək niyyətindədir və hazırkı ABŞ lideri də istisna deyil.

Xatırladaq ki, ABŞ prezidentinin vəkili Rudolf Culiani noyabrın 19-da Vaşinqtonda keçirilən mətbuat konfransında “Dominion” şirkətini keçmiş Venesuela lideri Uqo Çavez və Latın Amerikası ölkəsinin hazırkı prezidenti Nikolas Maduro, habelə amerikalı maliyyəçi Corc Soros ilə əlaqədə olmaqda günahlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru