Meksika Culian Assanja siyasi sığınacaq verəcək

5-01-2021, 07:10           
Meksika Culian Assanja siyasi sığınacaq verəcək
Meksika Birləşmiş Ştatlarının prezidenti Andres Manuel Lopes Obrador ölkəsinin “WikiLeaks” saytının banisi Culian Assanja siyasi sığınacaq verəcəyini bəyan edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Prezident keçirdiyi mətbuat konfransında bununla bağlı müvafiq sənədlərin hazırlanması üçün xarici işlər nazirinə göstəriş verəcəyini bildirib.

Meksika lideri London Mərkəzi Cinayət Məhkəməsinin hakiminin Culian Assanjla bağlı verdiyi qərarı alqışlayıb və bunu ədalətin təntənəsi adlandırıb.

Qeyd edək ki, Böyük Britaniyanın London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “WikiLeaks” saytının banisi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı verib. Əgər Assanj ABŞ-a ekstradisiya olunarsa, onu 175 il həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru