Tramp prezident seçkilərinin "real" nəticələrini göstərəcəyinə söz verib

5-01-2021, 07:12           
Tramp prezident seçkilərinin "real" nəticələrini göstərəcəyinə söz verib
ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin "həqiqi" nəticələrini göstərəcəyinə söz verib.

APA “gazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında bildirib.

“Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, lakin yanvarın 6-da”, Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılıb. Pandemiya səbəbindən mərasimin yığcam formatda keçirilməsi qərara alınıb. İnaqurasiya ilə bağlı paradın onlayn keçiriləcəyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru